“Barselona” klubu yayda heyətini gücləndirməyi planlaşdırır.
Lent.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, Kataloniya təmsilçisi müdafiə xəttinə yeni oyunçu cəlb etmək fikrindədir.
“Barsa”nın maraq dairəsində olan futbolçu isə “Vilyarreal”ın üzvü Pau Torresdir. İspaniya çempionu 23 yaşlı oyunçu ilə danışıqlara indidən start verib. Torresin “Barselona”ya keçməyə razı olduğu bildirilir. Əslində, “Vilyarreal” rəhbərliyi də bu keçidə qarşı deyil. Ancaq bunun üçün “Barsa” 50 milyon avro xərcləməlidir. Kataloniyalılar isə bu məbləğlə razılaşmırlar.
Qeyd edək ki, P.Torres La Liqanın cari mövsümündə 8 oyunda 1 qola imza atıb.