“Formula-1” üzrə dünya çempionatının ilk 8 mərhələsinin keçirilmə tarixi təsdiqlənib.
Apasport.az saytı xəbər verir ki, bu barədə yarış təşkilatçıları məlumat yayıblar.
Bildirilir ki, dünya çempionatının builki mövsümünün digər mərhələləri ilə bağlı yaxın günlərdə rəsmi qərar açıqlanacaq. Vaxtı dəqiqləşən yarışlardan 4-nə iki ölkə - Avstriya və Böyük Britaniya ev sahibliyi edəcək.
Müəyyənləşən 8 Qran-Prinin tarixi belədir:
Avstriya – 3-5 iyul, 10-12 iyul
Macarıstan – 17-19 iyul
Böyük Briatniya – 31 iyul-2 avqust, 7-9 avqust
İspaniya – 14-16 avqust
Belçika – 28-30 avqust
İtaliya – 4-6 sentyabr
Qeyd edək ki, Azərbaycan Qran-prisi ilə bağlı hələlik rəsmi qərar yoxdur.