Roy Kin millimizə bu şərtlə baş məşqçi olmaq istəyir
03 iyul 2020 10:25 (UTC +04:00)

Roy Kin millimizə bu şərtlə baş məşqçi olmaq istəyir

Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olan Roy Kinin təyinatı baş tutmaya bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə "İndependent" nəşri yazıb.

Bildirilir ki, AFFA ilə danışıqları davam etdirən irlandiyalı mütəxəssis qarşı tərəfin qoyduğu bir şərtlə razı deyil və bu məqam onun millimizin sükanı arxasına keçmək həvəsini soyuda bilər. Məsələ burasındadır ki, maliyyə və digər məsələlərə müsbət cavab verən 49 yaşlı çalışdırıcı Azərbaycanda yaşamaq tələbi ilə razılaşmaq istəmir.

Qeyd edək ki, AFFA bir neçə gün əvvəl Roy Kinlə danışıq aparıldığını təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3352
avatar

Oxşar yazılar