“Yuventus”un hücumçusu Kriştiano Ronaldo koronavirusla əlaqədar azarkeşlərə müraciət edib.
O, özünün rəsmi Tvitter səhifəsində vətəni Portuqaliya və 2018-ci ildən çempionatında oynadığı İtaliyanın dövlət bayrağı əks olunan maskalı şəkillər paylaşaraq bu sözləri yazıb:
“Dünyadakı bu çətin dönəmdə çox vacibdir ki, biz birləşək və həmrəy olaq. Gəlin, kömək olmaq üçün gücümüz çatanı edək”. /qol.az