Ronaldinyo yenidən həbs edildi
07 mart 2020 14:18 (UTC +04:00)

Ronaldinyo yenidən həbs edildi


Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo yenidən saxlanılıb.

Apasport.az saytının məlumatına görə, Paraqvaya saxta sənədlərlə gəlməkdə şübhəli bilinən cənubi amerikalı dünən sərbəst buraxılsa da, bu gün yenidən həbs olunub.

Baş prokurorun tapşırığı ilə "sambaçı" qardaşı Roberto de Assis Moreyro ilə birlikdə paytaxt Assunsionda polis bölməsinə aparılıb. Qardaşlar bu gün məhkəmə qarşısına çıxarılacaqlar.

Qeyd edək ki, Ronaldinyonun ölkəsi Braziliyada bütün mülkü hökumət tərəfindən müsadirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1861
avatar

Oxşar yazılar