Pike “Real”a qarşı oynayacaqmı?
26 fevral 2020 12:51 (UTC +04:00)

Pike “Real”a qarşı oynayacaqmı?

 

 

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” ilə ilk oyununda zədələnən “Barselona”nın futbolçusu Jerar Pikenin durumuna aydınlıq gəlib. 

Lent.az-ın məlumatına görə, matça əlavə edilmiş dəqiqələrdə əvəzlənən təcrübəli müdafiəçi tibbi müayinədən keçib.

Pikenin ağır zədədən qaçdığı məlum olub. Həkimlər öncə onun dabanından ciddi zədə aldığını güman etsə də, ehtimalları səhv çıxıb. 33 yaşlı müdafiəçinin La Liqanın 26-cı turunda “Real”la keçiriləcək qarşılaşmada meydana çıxacağı gözlənilir. 

Qeyd edək ki, “Napoli” - “Barselona” matçı 1:1 hesabı ilə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1600
avatar

Rizvan Babayev

Oxşar yazılar