PSJ-nin braziliyalı futbolçusu Neymar Fransa klubunun sahiblərindən Lionel Messini “Barselona№dan almalarını xahiş edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin sözlərinə görə, şeyxlər argentinalının almaqla bağlı Kataloniya klubuna təklif etməyiblər.
PSJ Messini almaq istəsə ən azı 150 milyon avro xərcləməlidir. Bundan əvvəl KİV-də yayılan şayiələrə görə, “Barselona” Messini yalnız 700 milyona buraxmağa razılaşa bilər.
Qeyd edək ki, Messinin “Mançester Siti”yə keçidi də gündəmdədir. Bununla belə, Messinin “Barselona”nın prezidenti gedərsə, klubda qalmaq variantı da var.
Messinin Kataloniya klubu ilə müqaviləsi 2021-ci ilin iyun ayına qədər nəzərdə tutulur. Argentinalı artıq 15 ildir – 2005-ci ildən “Barselona”da oynayır.