Tanınmış məşqçi Joze Mourinyo 7 ildən sonra UEFA Çempionlar Liqasında (ÇL) ən ağır məğlubiyyətini alıb.
Lent.az-ın məlumatına görə, bu, turnirin 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Tottenhem”in “Leyptsiq”lə keçirdiyi səfər görüşündə qeydə alınıb.
Oyun almanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə London klubunun çalışdırıcısı Mourinyo 2013-cü ildən sonra ÇL-də ən böyükhesablı məğlubiyyətə məruz qalıb. Portuqaliyalı mütəxəssis sonuncu dəfə 7 il öncə “Real”ın “sükanı arxası”nda “Borussiya”ya 3 top fərqilə (1:4) uduzmuşdu.
Qeyd edək ki, J.Mourinyo ötən il “Tottenhem”in baş məşqçisi təyin olunub.