“İnter” klubunun hücumçusu Romelu Lukakunun menecerliyini edən Federiko Pastorelli maraqlı açıqlama verib. Lent.az-ın məlumatına görə, o, Lukakunun “Mançester Yunayted”dən ayrıldığı vaxt “Yuventus”a keçməyə çox yaxın olduğunu bildirib.
Keçidin baş tutmamasının səbəbkarı isə “Yuve”nin argentinalı forvardı Paulo Dibala olub: “Danışıqlar gedirdi və Romelu “Yuventus”a keçə bilərdi. Bunun üçün Dibalanın əks marşrutla hərəkət etməsi, yəni “Mançester Yunayted”ə keçməsi lazım idi. Amma Dibala razılaşmadı. Buna görə də Romelu “İnter”ə keçəsi oldu”.
Qeyd edək ki, R.Lukaku “İnter”in heyətində 35 oyunda 23 qola imza atıb.