Legionerin Azərbaycan sevgisi: "Canlı görəndən sonra..."
09 aprel 2020 12:10 (UTC +04:00)

Legionerin Azərbaycan sevgisi: "Canlı görəndən sonra..."


"Evdə məşq edirəm. Məşq zamanı oğlum mənə tərəfdaşlıq edir".

Bunu apasport.az saytına "Keşlə"nin yarımmüdafiəçisi Şahrux Qadoyev deyib.

Koronavirus pandemiyasının yayılması səbəbindən Azərbaycan Premyer Liqasının XX turdan sonra təxirə salınmasını dəyərləndirən özbəkistanlı futbolçu Bakıda ailəsi ilə birlikdə evdə qaldığını bildirib. 29 yaşlı oyunçu ölkəsində də vəziyyətin bənzər olduğunu vurğulayıb: "Hazırda bütün dünya karantindədir. Özbəkistanda da durum eynidir. Oradakı insanlara görə çox narahatam. Amma ailəm hazırda yanımdadır. Ən azı fikrim onlarda qalmır. Hər kəs kimi, biz də evdə oturmuşuq. Bu virusa qalib gəlmək üçün deyilən şərtlərə əməl etmək lazımdır. Çölə çıxdığın zaman maska, əlcək taxmaq, evə girən kimi əlləri yumaq, spirtləmək çox vacibdir. Əlbəttə ki, məcbur olmadıqca evdən çıxmamalıyıq".

Cari mövsümün ikinci yarısından "Keşlə"nin formasını geyinməyə başlayan Qadoyev Azərbaycan barədə müsbət fikirlər səsləndirib. O, uyğunlaşmaqda çətinlik çəkmədiyini deyib: "Azərbaycan çox xoşuma gəlir. Bura Özbəkistana oxşayır. Buna görə də, uyğunlaşmaqla bağlı problem yaşamadım. Gəlməmişdən əvvəl internet vasitəsilə maraqlanmışdım. Canlı görəndən sonra Azərbaycanı daha çox sevdim. Bakı çox gözəl şəhərdir, insanları istiqanlı və mehribandırlar. "Keşlə"yə keçdiyim üçün də çox sevinirəm. Burada bir ailə kimiyik. Mehriban kollektivimiz, futbolçularla daim maraqlanan baş məşqçimiz var".

Qeyd edək ki, ikinci yarıda keçirilən 6 oyunun hamısında meydanda olan Şahrux Qadoyev aktivinə 2 qol yazdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290
avatar

Oxşar yazılar