İki klub bir qapıçı uğrunda mübarizə aparır
21 aprel 2020 12:02 (UTC +04:00)

İki klub bir qapıçı uğrunda mübarizə aparır

PSJ və “Çelsi” “Milan”ın qapıçısı Canluici Donnarummanın transferində maraqlıdır.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Fransa klubu Alfonsa Areolyanı da sövdələşməyə qatmağa hazırdır. “Çelsi” isə qapıçı Kelu Arrisabalaqa ilə Canluicini əvəzləmək istəyir.

Məlumata görə, “Milan” 21 yaşlı qapıçını müxtəlif kompensasiya və mübadilə olmadan satmaqda maraqlıdır. 

Qeyd edək ki, Donnarumma “Milan”da 2015-ci ildən çıxış edir. Bu müddətdə bütün turnirlərdə 190 oyunda çıxış edib, 199 qol buraxıb, 69 dəfə öz qapısını toxunulmaz saxlayıb. O, mill komandada 16 görüşdə meydana çıxıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1312
avatar

Oxşar yazılar