Uzun müddətdən sonra zədəsini sağaldan, lakin məşqdə yenidən sıradan çıxan “Barselona”nın futbolçusu Usman Dembelenin durumuna aydınlıq gəlib.
Lent.az-ın məlumatına görə, tibbi müayinədən keçən fransalı oyunçunun əzələ ağrısı ilə üzləşdiyi bəlli olub.
Klubun həkimlərinin qənaətinə görə, Dembele təxminən 2 həftə yaşıl meydanlarda uzaq qalacaq. 22 yaşlı futbolçu zədəsi üzündən noyabr ayından bəri komandasına kömək edə bilmir.
Qeyd edək ki, Usman Dembele “Barselona”ya 2017-ci ildə Dortmund “Borussiya”sından transfer olunub.