Kişi basketbolçular arasında Azərbaycan Superliqasının XVI turu təxirə salınıb.
Azərbaycan Basketbol Federasiyasından apasport.az saytının verilən məlumata görə, buna fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər səbəb olub.
Qərara alınıb ki, görüşlər qeyri-müəyyən vaxta təxirə salınsın. Turun nə vaxt keçiriləcəyi bu günlərdə açıqlanacaq.
Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında da eyni hal yaşanmışdı. Lakin PFL görüşləri bir gün önə çəkmişdi.