Nigeriyalı biznesmen Aliko Danqote İngiltərənin “Arsenal” klubunu almaq fikrinə düşüb.
Lent.az-ın məlumatına görə, 62 yaşlı iş adamı bunun üçün gələn ili gözləyir.
“Arsenal” bir gün almaq istədiyim klubdur. Ancaq vurğulayım ki, layihələrimizin dəyəri 20 milyard dollardır və buna çox diqqət, vaxt ayırıram. Şirkətin tikintisini başa çatdırmağa çalışıram. Bundan sonra boş vaxtım olacaq. 2021-ci ildə “Arsenal” məsələsinə diqqət ayıra bilərik”, - A.Danqote bildirib.
Qeyd edək ki, Aliko “Dangote Group”un qurucusudur. Bu, Qərbi Afrikadakı ən böyük konqlomerat sayılır. Danqotenin sərvəti 11 milyard dollar olaraq qiymətləndirilir.