APOEL - "Qarabağ" oyununun hakimləri məlum oldu
04 noyabr 2019 14:07 (UTC +04:00)

APOEL - "Qarabağ" oyununun hakimləri məlum oldu

 

Avropa Liqasının IV turunun hakim təyinatları açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın APOEL-lə Kiprdəki oyunu avstriyalı hakimlərə tapşırılıb.

Noyabrın 7-dəki matçın baş hakimi Manuel Şuttenqruber olacaq. Ona Roland Brandner və Robert Steynaşer kömək edəcək. Dördüncü hakim funksiyası Kristofer Yager yerinə yetirəcək.

Hakim-inspektor Georgios Bikas (Yunanıstan), UEFA nümayəndəsi Ariel Kennet Şeyman (İsrail) olacaq.

Qeyd edək ki, Nikosiyasnın GSP stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Oxşar yazılar