“Mançester Yunayted”in qapıçısı Matey Kovarj karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, çexiyalı qapıçı “Bayer”in hədəfindədir.
Leverkuzen klubu 23 yaşlı əlcək sahibinin keçidini razılaşdırıb. Transfer 9 milyon avroya başa gələcək.
Qeyd edək ki, Kovarjın mançesterlilərlə müqaviləsi 2025-ci ildə başa çatacaq.