Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Bavariya”ya 0:3 hesabı ilə uduzan “Çelsi”nin baş məşqçisi Frenk Lempard “qara siyahı” hazırlayıb.
Lent.az-ın məlumatına görə, 42 yaşlı çalışdırıcı 8 oyunçu ilə yolların ayrılmasını istəyir.
Bunlardan 6-nın adı məlumdur. Söhbət Kepa Arrizabalaqa, Jorjinyo, Ross Barkli, Villian, Pedro Rodrigez və Kurt Zumadan gedir. Rəhbərliyin onun bu qərarını necə qarşıladığı açıqlanmayıb.
Qeyd edək ki, F.Lempard futbolçu karyerası ərzində 2001-2014-cü illərdə “Çelsi”nin formasını geyinib. O, “zadəganlar”ın “sükanı arxası”na ötən il keçib.