“Breşiya”nın yarımmüdafiəçisi Sandro Tonalinin yeni komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu karyerasını “Milan”da davam etdirəcək.
A seriyasında bir neçə klubun maraq dairəsində olan gənc oyunçunun transferi üçün “Breşiya” “Milan”la ortaq məxrəcə gəlib. Anlaşmaya əsasən, bu keçid “rossonyerlər”ə ümumilikdə 35 milyon avroya başa gələcək. Transferin tezliklə rəsmən açıqlanacağı bildirilir.
Qeyd edək ki, “Breşiya”nın yetirməsi olan Sandro Tonali 2017-ci ildən əsas komandada çıxış edir.