Oktyabrın 9-da tanınmış insayder Nikolo Skira sosial şəbəkələrdə 2032-ci il Avropa çempionatına İtaliya və Türkiyənin ev sahibliyi edəcəyini açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin sözlərinə görə, Rusiya istisna olunduqdan sonra turnirə ev sahibliyi etmək və təşkil etmək üçün yalnız İtaliya-Türkiyə təklifi qalıb.
UEFA bu qərarı oktyabrın 10-da rəsmən açıqlamalıdır. Bu Nyonda keçiriləcək görüşdə baş tutacaq. Qeyd olunur ki, yekun qərar İtaliya və Türkiyənin bu görüşdə öz ərizələrini necə müdafiə etməsindən asılı olacaq.
Xatırladaq ki, Avro-2028 Böyük Britaniya və İrlandiyada keçiriləcək. Bu da oktyabrın 10-da rəsmən açıqlanmalıdır.