2024-cü ildə ən çox qazanan  3 İDMANÇI
13 fevral 2025 14:45 (UTC +04:00)

2024-cü ildə ən çox qazanan 3 İDMANÇI

“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilin ən çox maaş alan idmançısı olub.

Lent.az xəbər verir ki, reytinqi ABŞ-ın “Sportico” idman media şirkəti təqdim edib.

Məlumata görə, 2024-cü ildə futbolçu 260 milyon dollar qazanıb ki, bunun da 215 milyon dolları “Əl-Nəsr” və Portuqaliya millisindəki maaşı, 45 milyon dolları isə digər gəlirlərdir.

İkinci yerdə gəliri 153,8 milyon olan “Golden State Warriors” basketbolçusu Stiven Karri qərarlaşıb. Britaniyalı boksçu Tayson Fyuri 147 milyon dollarla üçüncü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar