“France Football”un təsis etdiyi "Lev Yaşin mükafatı"nın qalibi bəlli olub.
Lent.az xəbər verir ki, “Qızıl top”un Parisdəki təltifetmə mərasimi çərçivəsində ən yaxşı qapıçı adına “Aston Villa”nın və Argentina millisinin qapıçısı Emilliano Martines layiq görülüb.