19 yaşında La Liqa tarixinə düşdü
28 fevral 2022 21:12 (UTC +04:00)

19 yaşında La Liqa tarixinə düşdü

“Vilyarreal”ın hücumçusu Yeremi Pino La Liqanın XXVI turunun “Espanyol”la oyununda pokerə imza atıb.

Apasport.az saytının məlumatına görə, gənc forvard komandasının 5:1 hesablı qələbəsinə 4 qolla töhfə verib.

19 yaş 130 günlüyündə bunu bacaran Pino İspaniya çempionatları tarixində poketə imza atan ən gənc dördüncü oyunçu olub. O, bu baxımdan yalnız Xose İraraqorri (17 yaş 344 gün – 1930-cu il), Xayme Laskano (19 yaş 42 gün - 1929) və Santi Minadan (19 yaş 125 gün - 2015) geri qalır.

Qarşılaşmanın ilk yarısında rəqibi 3 dəfə məyus edən İspaniya millisinin üzvü çempionat tarixində birinci hissədə het-trikə imza atan ən gənc futbolçu olub. Pino 1947-ci ilin martında - 19 yaş 157 günlüyündə “Atletiko”nun heyətində bunu bacaran Adrian Eskuderonun rekordunu yeniləyib.

Pino eyni zamanda “Vilyarreal”ın heyətində La Liqanın bir oyununda 4 qol qol vuran ilk oyunçudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1944
avatar

Oxşar yazılar