12 yaşlı şahmatçı qızı çoban iti öldürdü -  TƏFƏRRÜAT   - YENİLƏNİB
27 aprel 2022 11:45 (UTC +04:00)

12 yaşlı şahmatçı qızı çoban iti öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB

Çempionat zamanı 12 yaşlı şahmatçının ölümünün təfərrüatları məlum olub.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, hüquq-mühafizə orqanlarından idmançını itin dişləyərək öldürdüyünü bildirilib. 

“Boş vaxtlarında qız gəzintiyə çıxıb və darvazası bağlı olan hasara alınmış ərazinin hasarından keçən balaları görüb. Bundan sonra onlara yemək vermək üçün hasara dırmaşıb. Bu zaman çoban iti ona hücum edərək, ölümünə səbəb olacaq xəsarətlər yetirib”, - prokurorluğun açıqlamasında bildirilir.

***

11:17

12 yaşlı şahmatçı Soçidə keçirilən Rusiya çempionatı zamanı dünyasını dəyişib. Faciə Lazarevski rayonunun Loo kurort qəsəbəsində baş verib.

Lent.az Lent.ru-ya istinadla bildirir ki, bu barədə Rusiya Şahmat Federasiyasının saytında məlumat verilib.

İdmançının hansı şəraitdə öldüyü barədə məlumat verilmir.

Şahmat Federasiyası istintaq başa çatana qədər Looda Rusiya uşaq şahmat çempionatının vaxtından əvvəl dayandırıldığını elan edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4485
avatar

Oxşar yazılar