Məşhur futbolçu Türkiyə vətəndaşı ola bilmədi
Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Alex Braziliyanın İstanbuldakı konsulu ilə görüşdüyünü bildirib.
Futbolçu deyib ki, konsulla məsələni bir neçə saat müzakirə edib: “Belə qərara gəldik ki, həyatımı Braziliya pasportu ilə davam etdirim. Çünki Türkiyə pasportu almaqla bağlı bir çox bürokratik əngəllər qarşıya çıxdı. Türklərə və Türkiyəyə qarşı sevgim ən azı türklər qədər çoxdur. Türkiyədə hansı komandanın tərəfdarı olmasından asılı olmayaraq mənə münasibət müsbətdir. Mən Türkiyədə özümü çox yaxşı, evimdəki kimi hiss edirəm və türk xalqına təşəkkürümü bildirirəm”.

547