Azərbaycan daha bir yeni idman növündə olimpiadaya lisenziya qazandı
Lent.az-ın məlumatına görə, Aleksandrov kişilərin mübarizəsində lazımi nəticəni göstərərək, ölkəmizə London olimpiadasına daha bir lisenziya qazandırıb.
Avarçəkənimiz bu uğuru 2000 metr məsafəyə 1 nəfərlik qayıqla yürüşdə əldə edib. Bu gün keçirilən yürüşdə Aleksandrov 7 – 12-ci yerlərdən birini tutmağa imkan verən B finalında 3-cü yeri tutub. O, finişə 6 dəqiqə 58,14 saniyəyə çatıb. Avarçəkənimiz litvalı Mindauqas Qriskonis (6:56.55) və kubalı Angel Furnier Rodrigesdən (6:57.83) geri qalsa da, çinli Lianq Çanq (6:59.47), ABŞ təmsilçisi Kennet Jurkovski (7:01.62) və bolqarıstanlı Georgi Bojilovu (7:09.03) üstələməyi bacarıb. Beləliklə, Aleksandrov ümumi sıralamada 9-cu yeri tutub. Bu isə idmançımızın London olimpiadasına vəsiqə qazanmasına kifayət edib. Çünki qaydalara əsasən, olimpiya lisenziyası üçün dünya çempionatında kişilərin yarışında ilk “11-liy”ə düşmək kifayət edirdi.
Beləliklə, ölkəmiz 2012-ci il London Yay Olimpiya Oyunlarında daha bir yeni idman növündə təmsilçilik hüququ qazanıb. Dünya miqyasında akademik avarçəkmə yarışlarını ayrıca federasiya təşkil edir. Bu, FİSA - Beynəlxalq Akademik Avarçəkmə Federasiyasıdır. Kayak və kanoe üzrə yarışlar isə İCF - Beynəlxalq Kanoe Federasiyasının bayrağı altında keçirilir. Ona görə də akademik avarçəkmə növündə qazanılan lisenziya müstəqil Azərbaycan idmanında tarixi uğur kimi dəyərləndirilməlidir. Baxmayaraq ki, ölkəmizdə həm akademik avarçəkmə, həm də kayak və kanoe növlərinə cavabdehliyi yalnız AMAF – Azərbaycan Milli Avarçəkmə Federasiyası daşıyır. Daha öncə 3 kanoeçimiz – Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti də London olimpiadasına vəsiqə qazanıb.
Bununla da London olimpiadasına yollanacaq idmançılarımızın sayı 9-a çatıb. Daha öncə Dmitri Marşin (atletika, çəkicatma), Fəridə Əzizova, Ramin Əzizov (hər 2-si taekvondo), Soltan Migitinov (boks), İradə Aşumova (pnevmatik tapançadan atəş açma) da olimpiya lisenziyasına sahib çıxıb.

Oxşar yazılar

Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24