Türkiyə: “Azərbaycandan qardaş payı”
03 sentyabr 2011 11:44 (UTC +04:00)

Türkiyə: “Azərbaycandan qardaş payı”

Lent.az-ın “Axşam” qəzetinə istinadən verdiyi məlumata görə, AFFA nümayəndəsi telefon vasitəsilə Belçikanı Türkiyə naminə məğlub edəcəklərini deyib.

Oyun 1:1 hesabı ilə başa çatdıqdan sonra türklər Qazaxıstanı məğlub edərək ikinci pilləni ələ keçiriblər və Avropa Çempionatının final mərhələsinə yollanmaq şanslarını artırıblar. Oyundan sonra da TFF ilə əlaqə saxlayan AFFA rəhbərliyi “sizin üçün oynadıq” deyib.

Azərbaycan yığmasının Belçikanı büdrətməsi Türkiyədə böyük sevinclə qarşılanıb və müxtəlif kütləvi informasiya vasitələrində komandamızın ünvanına təriflər səsləndirilib.

Qeyd edək ki, keçən il Azərbaycan yığması Bakıda Türkiyəni 1:0 hesabı ilə məğlub etmiş və qardaş ölkə komandasına böyük zərbə vurmuşdu.
# 728

Oxşar yazılar