Azərbaycan yığması üçün ilk dünya çempionatında daha 2 lisenziya imkanı
26 avqust 2011 19:33 (UTC +04:00)

Azərbaycan yığması üçün ilk dünya çempionatında daha 2 lisenziya imkanı

Lent.az-ın məlumatına görə, 70-dən çox ölkənin qatılacağı nüfuzlu yarışda ilk dəfə Azərbaycan da təmsil olunacaq.

Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla, Nataliya Mustafayeva qadınlar arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Hər iki tip qayıq olimpiya təyinatlıdır. Yəni, Aleksandrov ilk “11-liy”ə, Mustafayeva ilk “9-luğ”a düşəcəyi halda, London olimpiadasına lisenziya qazanacaq. Kişi avarçəkənimizin 35, qadın avarçəkənimizin 19 rəqibi olacaq. Kamal Məmmədov isə qeyri-olimpiya tipli - 1 nəfərlik yüngül çəkili qayıqla yarışacaq. O, 17 idmançıya qarşı çıxış edəcək. Ehtiyat avarçəkən qismində Sloveniyaya İskra Angelova aparılıb. 1 nəfərlik qayıqda yer alacaq Angelova avqustun 29-dan ehtiyat idmançılar üçün startı veriləcək yürüşlərə qatılacaq. O, Mustafayevanın əvəzləyicisi sayılır.

Avarçəkənlərimiz dünya çempionatına Almaniyada hazırlaşıblar. Onlar təlim-məşq toplantıları və müxtəlif yarışlarda qüvvələrini sınayıblar. 26 yaşlı Mustafayeva Dünya Kubokunun II və III mərhələlərində 6-cı yeri tutub. 21 yaşlı Aleksandrov isə Dünya Kubokunun II mərhələsində və 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında 7-ci olub. Dünya çempionatına sentyabrın 4-də yekun vurulacaq.

Qeyd edək ki, ötən həftə Macarıstanın Seqed şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatı keçirilib. Kanoe növündə Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.
# 386

Oxşar yazılar

14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56
Suares “İnter Mayami”də Messidən 14 dəfə az   qazanır

Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır

17 may 2024 , 13:02
İlin ən çox qazanan  futbolçusu bəlli oldu

İlin ən çox qazanan futbolçusu bəlli oldu

17 may 2024 , 09:57
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

17 may 2024 , 05:50
"Mançester Yunayted”in mənə  ehtiyacı olmasa,   gedəcəm" - Fernandeş

"Mançester Yunayted”in mənə ehtiyacı olmasa, gedəcəm" - Fernandeş

16 may 2024 , 21:48