Azərbaycanda vahid idman forması da tətbiq ediləcək
26 avqust 2011 17:05 (UTC +04:00)

Azərbaycanda vahid idman forması da tətbiq ediləcək

Lent.az-ın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, yeni formalar parlaqlığı və gözəlliyi ilə diqqət çəkir. Nazirin fikrincə, həmin idman geyimləri hamı tərəfindən bəyənilsə, bütün komandalarımız vahid geyim formasına keçəcəklər. Eyni zamanda əhalinin də ala bilməsi üçün sifarişlərin sayı artırılacaq və geyimlər ticarət obyektlərində satılacaq”.

A.Rəhimov gələn il 27 iyul – 12 avqustda keçiriləcək London olimpiadasına hazırlıq barədə də danışıb: “Olimpiadaya bizim düşündüyümüzdən də az vaxt qalıb. Bizim mütəxəssislərimiz dəfələrlə orada olub, Azərbaycan idmançılarının qalacağı, yarışacaqları yerlərlə tanış olurlar Qeyd etməliyəm ki, bir çox məkanlar artıq vaxtından əvvəl hazırdır. Olimpiadaya hazırlıqla bağlı bu il nazirlik tərəfindən idmançıların təlim məşq toplantılarına, səfərlərinə, vitaminlərlə təchizatlarına, dopinq müayinələrinə idmana hər il ayrılan vəsaitdən əlavə məbləğ ayrılıb”.
# 649

Oxşar yazılar