Ramim “Bakı”nı uduzmağa qoymadı
29 iyul 2011 13:21 (UTC +04:00)

Ramim “Bakı”nı uduzmağa qoymadı

Lent.az-ın məlumatına görə, rəqib 3 qat Gürcüstan çempionu, 2 dəfə ölkə kubokunun sahibi “Torpedo” (Kutaisi) olub. Görüş 2:2 hesabı ilə nəticələnib. “Bakı” oyuna bu heyətlə çıxıb:

1. Marko Şarliya 15. Cəmşid Məhərrəmov 32. Aleksey Savinov 6. İbrahim Karqbo 17. Emin Cəfərquliyev 9. Elvin Məmmədov 36. Uinston Parks 22. Maris Verpakovski 18. Denis İvanovs 7. Deyvidas Çesnauskis 24. Jelkoviç.

50-ci dəqiqədə Vadim Borets baxışda olan Zelkoviçi, 61-ci dəqiqədə Fabio Luis Ramim Maris Verpakovskini, 79-cu dəqiqədə isə Vyaçeslav Sofroni Uinston Parksı əvəzləyib. Qolların hamısı ikinci hissədə vurulub. 55-ci dəqiqədə “Torpedo” uzaq məsafədən vurulan zərbə ilə hesabı açıb. Çikveladze fərqlənib. 68-ci dəqiqədə Fabio Luis Ramim hesabı bərabərləşdirib. Bundan 2 dəqiqə sonra Koçiridze yenidən “Torpedo”nu irəli çıxarıb. Lakin 80-ci dəqiqədə Ramim yenidən tarazlığı bərpa edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar