Türkiyə klublarının oyunları “İddaa” və “Topaz”ın proqramından çıxarıldı
28 iyul 2011 16:16 (UTC +04:00)

Türkiyə klublarının oyunları “İddaa” və “Topaz”ın proqramından çıxarıldı

Lent.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Gənclər və İdman Baş İdarəsinin müdiri Yunus Akgül bildirib. Akgül bildirib ki, bu qadağa Türkiyə Futbol Federasiyasının yekun qərarı açıqlananadək qüvvədə olacaq. Hökumət rəsmisi hər hansı söz-söhbətə əsas verməmək üçün belə bir qərar qəbul etdiklərini vurğulayıb.


Hazırda Türkiyə çempionatında fasilə olsa da, ölkə klubları müxtəlif yoldaşlıq görüşlərində qüvvələrini sınayır. Əvvəllər həmin yoxlama oyunlarını da “İddaa”nın proqramına daxil edən “Spor Toto” təşkilatı danışılmış oyunlarla bağlı istintaq başlayan kimi bütün Türkiyə komandalarına embarqo qoyub. Yalnız Avropa kuboklarındakı oyunlar və bu gün “Qalatasaray”la İngiltərə “Liverpul”u arasında keçiriləcək yoldaşlıq matçı qadağaya şamil olunmayacaq.


Qeyd edək ki, “İddaa” bukmeyker kontorunun təşkilatçısı “İnteltek” şirkəti Azərbaycanda “Topaz” brendi altında idman-mərc oyunu da keçirir. “Topaz”ın bu gün üçün açıqladığı proqramda Türkiyə klublarından “Qalatasaray”ın “Liverpul”la yoldaşlıq, “Qaziantepspor”un “Legiya” (Polşa), “Bursaspor”un isə “Qomel”lə (Belarus) keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1132

Oxşar yazılar