“Barselona” ilk transferini rəsmiləşdirdi
22 iyul 2011 15:34 (UTC +04:00)

“Barselona” ilk transferini rəsmiləşdirdi

Lent.az-ın məlumatına görə, 23 yaşlı hücumçunun transfer məbləği 26 milyon avro təşkil edib. Bu, Kataloniya təmsilçisinin 2011-ci ilin yayında heyətinə qatdığı ilk oyunçu olub. Sançes yeni klubu ilə 5 illik müqavilə bağlayıb. Onun “Barsa”dakı çıxışından asılı olaraq, “Udineze” daha 11,5 milyon avro alacaq. Futbolçunun rəsmi təqdimatı iyulun 25-də keçiriləcək.


Qeyd edək ki, Aleksis Sançes “Udineze”yə 2006-cı ildə Çilinin “Kobreloa” klubundan keçib. İtaliyalılar onu iki dəfə - Çilinin “Kolo-Kolo” və Argentinanın “River Pleyt” komandalarına icarəyə veriblər. Sançes 2010-2011-ci il mövsümündə 31 oyuna 12 qol vurub. Bundan başqa 22 yaşlı forvard Çiliyə Amerika Kubokunda ¼ finala çıxmaqda yardımçı olub. Ümumiyyətlə, Sançes karyerası ərzində yığmada 40 oyun keçirib və 13 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar