Elnur Əşrəfoğlu: “Neftçi”dən getməyə hazıram”
“Çempionlar Liqasında “Neftçi”nin uğursuz çıxışında hamı kimi mənim də günahım var. Amma Xorvatiyanın “Dinamo” komandası ilə cavab oyunumuzu televiziya ilə şərh edərkən, klubumuzun ünvanına qərəzli fikirlər səsləndirmək, “Neftçi”ni “Qarabağ” və “Xəzər Lənkəran”la üz-üzə qoymaq düzgün deyil”. Bu fikirləri Lent.az-a açıqlamasında “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu deyib.
Əşrəfoğlu “İdman Azərbaycan” telekanalındakı şərh zamanı “Neftçi” əleyhinə işlədilən ifadələrin onun özünə qarşı münasibətdən irəli gəldiyini ehtimal edib. Onun sözlərinə görə, əgər belədirsə, telekanal əməkdaşları bunu açıq etiraf etməlidirlər: “Sözləri varsa, üzümə desinlər. Daha məni görəndə qaçıb gizlənməsinlər. Onların hamısını televiziyaya mən gətirmişəm. Əgər Elnur Əşrəfoğlunun getməyilə “Neftçi”yə qarşı qərəzli fikirlər dayandırılacaqsa, mən bu klubdan getməyə hazıram”.
“Neftçi” rəsmisi 16 il çalışdığı AzTV-dən hörmətlə ayrıldığını, hər yerdə bu telekanal barəsində fəxrlə danışdığını və müsbət fikirlər səsləndirdiyini söyləyib. Əşrəfoğlu vaxtilə işə götürdüyü telekanal əməkdaşlarının indi ona qarşı çıxmalarını Qaçaq Nəbi barədə çəkilən “Atları yəhərləyin” filmindəki səhnə ilə müqayisə edib: “Həmin səhnədə Nəbinin vaxtilə kəndxuda təyin etdiyi şəxs onu satmasının səbəbini belə izah edir: “Nəbi qağa işə sən qoymusan, amma çörəyimi bunlar verir”. Görünür, vaxtilə telekanala gətirdiklərimin indi mənim əleyhimə danışmaları da bununla bağlıdır. Amma “Neftçi” Elnur Əşrəfoğlu deyil. Bu klubun 74 yaşı var. Bəlkə belə danışmaqla məni klubumuzun rəhbərliyinin gözündən salmaq istəyirlər. Amma bilmirlər ki, “Neftçi”nin prezidenti Sadıq Sadıqovla 8 ilə yaxındır münasibətim var”.

903