“Kəpəz” və “Tərəqqi” dağılmayacaq
21 iyul 2011 10:22 (UTC +04:00)

“Kəpəz” və “Tərəqqi” dağılmayacaq

“Kəpəz” və “Tərəqqi” futbol klublarının fəaliyyətini dayandıracağı barədə deyilənlər şayiələrdən başqa bir şey deyil. Mən bu söz-söhbətlərin kimin tərəfindən və nə üçün, hansı məqsədlə yayıldığını deyə bilmərəm. Amma onu bilirəm ki, bu, Gəncə futbolunu, bu gözəl və maraqlı idman növünün şəhərimizdə olmağını istəməyənlərin işidir”. Lent.az-ın məlumatına görə, bu fikirləri Gəncə Regional Futbol Federasiyasının prezidenti Xanlar Fətiyev “Kəpəz”in mətbuat xidmətinə müsahibəsində deyib.

O, rəsmən bəyan edib ki, “Kəpəz” və “Tərəqqi” fəaliyyətlərini dayandırmayacaq: “Kəpəz”in sponsorları AZNUR və Naxçıvan Avtomobil Zavodudur. Onların rəhbərliyi komandaları dəstəkləyəcəklərini rəsmi bəyan ediblər”.

Millət vəkilinin fikrincə, belə söz söhbətlər ürək açan deyil, komandada ruh düşkünlüyü yaradır, futbolçuların nəinki fiziki hazırlıqlarına təsir edir, həm də mənəvi cəhətdən onları növbəti çempionata hazırlaşmağa mane olur: “Mən yenə də deyirəm ki, bu şayiələr yalnız günü gündən gözəlləşən və inkişaf edən Gəncənin futbolunu sevməyənlərin işidir. Biz bütün bunlara əhəmiyyət vermirik və ölkə başçısı İlham Əliyevin göstərişi ilə Azərbaycanda idmanın inkişafına öz layiqli töhfəmizi verməkdə davam edirik. Mən inanıram ki, yaxın vaxtlarda uzun illər futboldan uzaq qalmış Gəncənin “Kəpəz” və “Tərəqqi” komandaları Azərbaycan çempionatlarında layiqli nəticələr göstərərək azarkeşləri sevindirəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar