Bakıda 124 min dollarlıq yarış keçiriləcək
Atçılıq Federasiyasından Lent.az-a verilən məlumata görə, 4 gün davam edəcək yarışın ümumi mükafat fondu 124 min dollardır.
Hər gün 31000 dollar mükafat uğrunda mübarizə gedəcək. Yarışda 18 at və 10 çapar mübarizə aparacaq. Turnirin ilk günü idmançılar “Studbook MNM Azerbaijan” mükafatı uğrunda yarışacaqlar. İkinci gün “Günay Sığorta”nın, üçüncü gün isə “Günay Maliyyə” mükafatlarının sahibləri müəyyənləşəcək. Nəhayət sonuncu gün iştirakçılar “Qrand Prix” yarışında “Günay Bank”ın mükafatı uğrunda mübarizəyə qatılacaqlar.
Turnirdə azərbaycanlı çaparlarla yanaşı, Gürcüstan və Polşadan olan idmançılar da iştirak edəcəklər. Beynəlxalq turniri idarə edəcək hakimlər Türkiyə, İran və Rusiyadan dəvət olunublar. Yarışlar hər gün saat 18-də start götürəcək.

516