Azərbaycan yığması dünya çempionatında mübarizəyə başlayır
İyulun 20-də Hollandiyanın paytaxtı Amsterdamda 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürəcək. Lent.az-ın məlumatına görə, nüfuzlu yarışda mübarizə aparacaq 63 ölkənin 800-dən çox idmançısı arasında Azərbaycanı 5 avarçəkən təmsil edəcək.
Ötən il Belarusun Brest şəhərində keçirilmiş dünya birinciliyinin gümüş mükafatçısı Aleksandr Aleksandrov yenə 1 nəfərlik qayıqla yürüşlərə qatılacaq. Bu qayıq tipində 28 idmançı sifariş olunub. 1 nəfərlik yüngül çəkili qayıqla yürüşlərdə Kamal Məmmədov qüvvəsini sınayacaq. O, 26 idmançıya qarşı mübarizə aparacaq. Çexiyanın Raçitse şəhərində ötən il keçirilmiş yeniyetmələr arasında dünya birinciliyinin bürünc mükafatçısı Aleksandr Qlotov Fuad Mirzəyevlə birgə 2 nəfərlik sükansız qayıqla yarışacaq. Onlar 21 cütlüyə rəqib olacaqlar. Nəhayət, yeganə qadın təmsilçimiz İskra Angelova 1 nəfərlik qayıqla ötən il tutduğu 14-cü pillədən daha yaxşı nəticə göstərməyə çalışacaq. Bunun üçün Angelova 16 rəqibi ilə mübarizə aparacaq. Dünya çempionatına iyulun 24-də yekun vurulacaq.
Qeyd edək ki, komandamız yarışa millimizin baş məşqçisi Rudiger Hauffe və onun köməkçisi Yuliana Stoyevanın rəhbərliyi altında hazırlaşıb. Avarçəkənlərimiz mayın əvvəllərindən Almaniyada təlim-məşq toplantısında iştirak etməklə bərabər, Dünya Kubokunun mərhələ yarışlarında mübarizə aparıblar.

480