Olimpiya zirvəsindən küçədə dilənçiliyə qədər... - FOTO
Lent.az-ın “The Daily Telegraph”a istinadən verdiyi məlumata görə, məşq vaxtı zədələnən 28 yaşlı idmançı digər həmkarları kimi bədbəxtçiliklə üzləşib.
O, idmançı hazırlığı üzrə dövlət sistemindən kənarda qalıb və çıxılmaz vəziyyətə düşüb.
Çjan Şanqvu kəndli ailəsində anadan olub. O, 5 yaşında ikən valideynləri tərəfindən yerli gimnastika akademiyasına göndərilib. Uzun müddət çalışdıqdan sonra Şanqvunu gənclər yığmasına götürüblər. 2011-ci il Universiadasında qazandığı qızıl medal onun karyerasında kulminasiya nöqtəsi olub. Artıq hamı Şanqvunun 2004-cü il Afina Yay Olimpiya Oyunlarında qızıl medal qazanacağını zənn etməyə başladığı vaxt 2002-ci ildə aldığı axill zədəsi bütün ümidlərin üstündən xətt çəkib. Gimnast olimpiadanı buraxmalı olub və bərpa oluna bilməyib. Nəticədə o, 2005-ci ildə karyerasını başa vurub. Dövlət idmançıya kompensasiya kimi 5000 dollar pul verib. Çjan pitsa paylayan işinə düzəlib. Lakin yenə zədə özünü göstərib. O, nəinki qaça, hətta uzun müddət yeriyə bilməyib. Bütün pullarını xərclədikdən sonra yemək almaq üçün gimnast medalını da satmalı olub. Daha sonra o, oğurluq etməyə başlayıb və həbsxanaya düşüb. Azadlığa çıxandan sonra Çjan dilənçiliklə məşğul olur və küçələrdə gecələyir.

479