“Xəzər Lənkəran” tarixində 131 əcnəbi
19 iyul 2011 12:34 (UTC +04:00)

“Xəzər Lənkəran” tarixində 131 əcnəbi

İsrailin Təl-Əviv şəhərində “Makkabi” ilə keçirdiyi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu “Xəzər Lənkəran”da 5 futbolçunun debütü ilə əlamətdar olub. Lent.az-ın məlumatına görə, baş məşqçi Mirça Rednik Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli və Marius Onofraşa ilk dəfə “ağ-yaşıl” forma geyinmək imkanı verib.

Bununla da rəsmi matçlarda “Xəzər Lənkəran”ın şərəfini qoruyan futbolçuların sayı 131-ə çatıb. Onlardan 52-si yerli, 79-u əcnəbidir. Bu fərqin daha da artmasına son 5 debütantın hamısının əcnəbi olması səbəb olub. Bonfimlə Qomeş braziliyalı, Paulo portuqaliyalı, Borbeli ilə Onofraş isə rumıniyalıdırlar. İndiyədək bu ölkələrin hər birinin “Xəzər Lənkəran”da təmsilçisi olub. Rumıniya 28 təmsilçi ölkə arasında liderliyini daha da möhkəmlədib. Sayı 10-a çatan braziliyalılar isə Türkiyəni arxada qoyub.

“Xəzər Lənkəran” forması geyinən legionerlər ölkələr üzrə: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Portuqaliya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d İivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna – hərəsi 1.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar