Avropanın ən yaxşı futbolçusu mükafatı təsis edildi
19 iyul 2011 11:34 (UTC +04:00)

Avropanın ən yaxşı futbolçusu mükafatı təsis edildi

Lent.az-ın məlumatına görə, belə bir qərar qurumun prezidenti Mişel Platininin Avropa İdman Mətbuatı Assosiasiyası “European Sports Magazines”lə (ESM) birgə təşəbbüsü ilə qəbul olunub.

Yeni mükafat sahibi milliyyətindən, təmsil etdiyi klubdan asılı olmayaraq mövsüm ərzində çıxış etmiş istənilən futbolçu ola bilər. Oyunçular 2010-2011-ci il mövsümündə daxili və beynəlxalq yarışlarda klub və yığma səviyyələrində çıxışlarına əsasən qiymətləndiriləcəklər.

Münsiflər heyətinin tərkibi 53 məşhur idman jurnalistindən formalaşacaq. Onların hər biri UEFA üzvü olan ölkənin futbol assosiasiyasını təmsil edəcək. Əvvəlcə jurnalist 3 namizəd seçəcək və onları müvafiq olaraq 5, 3, 1 balla qiymətləndirəcək. Ən yaxşı bal toplayan 3 futbolçu səsvermənin final mərhələsinə çıxacaq. Onların adları iyulun 25-də bilinəcək. Qalib isə Çempionlar Liqasının qrup mərhələsinin püşkü atıldığı gün - 25 avqustda Monakoda elektron səsvermə yolu ilə müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 489

Oxşar yazılar