“Çelsi”nin yeni baş məşqçisi Çempionlar Liqasını qazanacaqlarına söz verdi
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Villaş-Boaş “Çelsi”nin 2011-2012-ci il mövsümündə bu vəzifənin öhdəsindən gələcəyini bildirib.
33 yaşlı mütəxəssis qeyd edib ki, “Çelsi” son zamanlar Çempionlar Liqasında iki dəfə yarımfinala, bir dəfə finala çıxıb. Bu səbəbdən, “zadəganlar”ın turnirin qalibi olması məntiqidir.
Qeyd edək ki, hazırda “Çelsi” Malayziyadadır. 15 günlük Asiya turnesi çərçivəsində London komandası bir neçə yoldaşlıq görüşü keçirəcək. Andre Villaş-Boaş bu oyunlarda bütün oyunçulara şans vermək, toplanışdan qayıtdıqdan sonra hansı futbolçunu komandada saxlayacağına qərar vermək fikrindədir. Villaş-Boaş “Çelsi”yə iyunun sonlarında baş məşqçi təyin olunub. Gənc mütəxəssis bunadək “Portu”nun baş məşqçisi kimi Avropa Liqasını qazanıb.

580