“Neftçi” xorvatiyalıların gözündən yayındı
“Neftçi” klubu Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə cavab matçının hazırlığını davam etdirir. Lent.az-ın məlumatına görə, flaqmanın oyunöncəsi son məşqi görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda olmayacaq.
Həmin arenada “Neftçi”nin məşqi iyulun 17-də saat 21:00-da baş tutub. Bu gün Respublika stadionu eyni saatda “Dinamo”nun ixtiyarına veriləcək. “Neftçi” isə son məşqini öz bazasında keçirəcək. Saat 20:00-da start götürəcək hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.

585