Yaponiyalı qadın futbolçular dünya çempionu oldular
Lent.az-ın məlumatına görə, Almaniyada keçilmiş mundialın finalında “gündoğar ölkə” turnirin favoritlərindən sayılan ABŞ-ı penaltilər seriyasında yenib.
Əsas vaxt 1:1 hesabı ilə nəticələnib. 69-cu dəqiqədə ABŞ yığmasından Aleks Morqan hesabı açıb. Yaponiya millisi buna 81-ci dəqiqədə Ayya Miyama bərabərlik qolunu vurub. Əlavə vaxtda Ebbi Vambax yenidən amerikalıları önə çıxarıb. Lakin sona 3 dəqiqə qalmış Homara Sava yenə fərqi aradan qaldırıb. Görüşün taleyi penaltilər seriyasında həll olunub. Bu zaman 3 yaponiyalının dəqiq zərbəsinə 1 amerikalı qolla cavab verib.
Beləliklə, rekord sayda – 3-cü dəfə dünya çempionluğu qazanmaq şansı olan ABŞ oyun ərzində həm səviyyəcə, həm də kəmiyyətcə (əlavə vaxtda yaponiyalı Azus İvaşimitsa qırmızı vərəqə alıb) üstünlüyünə rəğmən uduzub.
Qeyd edək ki, dünya çempionatı Almaniyada keçirilib. Bundestim əvvəlki iki mundialın (2003, 2007) qalibi olub.

700