“Neftçi” – “Dinamo” matçının hakimi zədələnib
Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandaları arasında keçiriləcək cavab oyununun hakimlər briqadasında dəyişiklik edilib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, estoniyalı laynsman Marko Leevandı rusiyalı Tixon Kaluqin əvəzləyib.
Səbəb kimi Marko Leevandın zədəli olması göstərilib. Görüşün baş hakimi Hannes Kaasik, digər yan xətt hakimi Yaanus Mutli, dördüncü hakim Roomer Tarajev olacaq. Hakim-inspektor Leif Sundell (İsveç), UEFA nümayəndəsi Jak Antenen (İsveçrə) təyin edilib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün start fiti iyulun 19-da saat 21:00-da çalınacaq.

468