Məşhur tennisçi doğum günündə xərçəngə tutulduğunu açıqladı
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, tennisçi xəstəliyə qalib gələrək idmana qayıtmağa ümid bəsləyir.
Qeyd edək ki, iyulun 15-də 22 yaşı tamam olan Alisa Kleybanova may ayından turnirlərdə iştirak etmir, “Rolan Narros” və “Uimbldon” turnirlərinə qatılmayıb. Tennisçi bunun gerçək səbəbini Qadın Tennisçilər Assosiasiyasına dünən açıqlayıb və hazırda həyatının ən mürəkkəb dövrünü yaşadığını qeyd edib. O bildirib ki, əziyyət çəkdiyi xəstəlik xərçəngin növlərindən biridir: “Hazırda İtaliyada müalicə olunuram. Hər şey hələ ki, yaxşı gedir. Mənə böyük səbr və qətiyyət lazımdır ki, bu mərhələni keçim. Əgər bir neçə ay yaxşı müalicə olunduqdan sonra mən özümü yaxşı hiss etsəm, yenidən tennis oynamaq şansım var”.
Qeyd edək ki, Alisa Klebanova karyerası ərzində iki dəfə, 2010-cu ildə tennis turnirinin qalibi olub və 2 milyon dollar mükafat qazanıb. O, tennisçilərin 2011-ci ildəki reytinq cədvəlində 20-ci yerin sahibi olub.

520