“Yuventus” Teves üçün 45 milyon funt təklif etdi
15 iyul 2011 15:25 (UTC +04:00)

“Yuventus” Teves üçün 45 milyon funt təklif etdi

İtaliyanın “Yuventus” klubu Argentina milli komandasının və İngiltərə “Mançester Siti”sinin futbolçusu Karlos Teves uğrunda mübarizəyə qoşulub. Lent.az-ın “Sky Sports”a istinadən verdiyi məlumata görə, turinlilər Teves üçün 45 milyon funt sterlinq təklif ediblər.

İyulun əvvəllərində 27 yaşlı forvard İngiltərə komandasını ailə vəziyyəti ilə əlaqədar tərk etmək istədiyini bildirib. Hücumçuya təklif ünvanlayan ilk klub Braziliya “Korintians”ı olub. “Korintians” Tevesdən ötrü 35 milyon funt ödəməyə hazır olduğunu bəyan edib. Lakin “Mançester Siti” rəhbərliyi dünyanın ən yaxşı hücumçularından birinə 50 milyon funt qiymət qoyub. “Yuventus” isə yüksək qol duyumuna malik hücumçu axtarır. Karlos Tevesdən əlavə “qoca sinyora” İspaniya “Vilyarreal”ından Cüzeppe Rossi və “Atletiko”dan Serxio Aqueronun namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, Karlos Teves 2006 – 2006-cı illərdə “Korintians”da çıxış edib. O, “Mançester Siti”yə 2009-cu ildə “Mançester Yunayted”dən transfer olub. “Şəhərlilər”in heyətində Teves 95 matçda 66 qol vurub. 27 yaşlı forvardın bu klubla 2013-cü ilədək müqaviləsi var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503

Oxşar yazılar