“Xəzər Lənkəran”dan “Bakı”ya keçən futbolçuya topuq zərbəsi
14 iyul 2011 13:48 (UTC +04:00)

“Xəzər Lənkəran”dan “Bakı”ya keçən futbolçuya topuq zərbəsi

“Bakı” futbol klubunun “Xəzər Lənkəran”dan transfer etdiyi Uinston Parks zədələnib. Lent.az-ın paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, kosta-rikalı hücumçu yeni komandasının iyulun 9-da Sloveniyada Xorvatiya “İstra”sı ilə keçirdiyi yoldaşlıq oyunu vaxtı topuğundan xəsarət alıb.

Xoşbəxtlikdən, Parksın zədəsi ciddi deyil. Hazırda fərdi məşq edən 30 yaşlı forvard iyulun 15-dən kollektiv çalışmalara qatılacaq.

“Bakı”nın ötən gün öz bazasında baş tutan çalışmalarına daha 4 oyunçu qatılmayıb. Bunlar cərrahiyyə əməliyyatından sonra bərpa prosesi keçən Əziz Quliyev, Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının düşərgəsində olan Nurlan Novruzov və Rəhman Hacıyev, eləcə də pasportunda yaranan problem səbəbindən vətəni Syerra-Leoneyə yollanan İbrahim Karqbodur. Onlar komandaya bir neçə gündən sonra qoşulacaqlar.

Bu gündən intensivliyi artıracaq “Bakı” gündə 2 dəfə məşqə çıxacaq. İyulun 15-də ikitərəfli oyunun keçirilməsi planlaşdırılır. İyulun 17-də isə komanda yenidən Sloveniyaya yollanacaq. “Bakı” 12 gün ərzində məşq edəcək və 4 yoldaşlıq oyunu keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469

Oxşar yazılar