Roberto Karlos “ləzginka” oynadı – FOTO
14 iyul 2011 12:29 (UTC +04:00)

Roberto Karlos “ləzginka” oynadı – FOTO

Lent.az-ın “Sovetskiy Sport”a istinadən verdiyi məlumata görə, futbolçuları, o cümlədən komandanın braziliyalı legioneri Roberto Karlosu rəqs müəllimi, Dağıstanın əməkdar artisti Məhəmmədnur Sultanov öyrədib.

Dərs “Anji”nin Avstriyadakı məşqində baş tutub. Roberto Karlos bildirib ki, əvvəllər o, heç vaxt “ləzginka” oynamağı sınaqdan çıxarmayıb. Braziliyalı müdafiəçi milli samba rəqsini də yaxşı bacarmadığını, əvəzində “bir az” futbol oynaya bildiyini söyləyib.

Dərs vaxtı onun başına papaq qoyublar. Məşğələdən sonra Sultanov deyib ki, Karlosu say-seçmə rəqqasa çevirə bilər. Bunun üçün 10 akademik saat lazımdır. “Anji”nin məşqçilər şurasının üzvü Arsen Akayev isə gələcək oyunlarda qolları “ləzginka” ilə qeyd etməyi oyunçulara təklif edib. Futbolçular bu ideyanı dəstəkləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1132

Oxşar yazılar