“Barselona” “Real Madrid”i daha bir göstəricidə qabaqlamağı hədəfləyib
Bu il İspaniya “Barselona”sı əldə etdiyi vəsait sarıdan rekordçu adını “Real Madrid”dən almaq istəyir. Lent.az-ın məlumatına görə, bu barədə Kataloniya klubunun prezidenti Sandro Rossel açıqlama verib.
O bildirib ki, “Barsa” 2011-ci ildə rekord məbləğdə - 470 milyon avro qazanacağına ümid edir. Bu isə 2010-cu ildəki qazancdan 55 milyon avro çoxdur. Kataloniya təmsilçisi istəyinə nail olsa, əzəli rəqibi “”Real Madrid”i bu göstəricidə də geridə qoyacaq.
Düzdür, “Barsa” bu ili yenə mənfi balansla başa vuracaq. Amma ötən illərə nisbətən aktivlərlə passivlər arasındakı fərq tədricən aradan qalxır. Bu səbəbdən, Rossel gələn il müsbət saldo əldə etməyə və borcu tədricən azaltmağa çalışacaqlarını söyləyib. Onun sözlərinə görə, klublar üçün həyati vacib məsələ teleyayım hüququnun satışıdır. Bunun nəticəsində “Barsa”nın xəzinəsinə 140 milyon avro daxil olub. Ona görə də Kataloniya klubu digər komandalardan bir çoxunun İspaniya çempionatında hər turdan bir oyunun pulsuz göstərilməsi praktikasının ləğvi barədə təkliflərini dəstəkləyir: “Bu, gəlirləri artırmağa kömək edəcək. Qazancın bir hissəsi kiçik klubların ehtiyaclarına sərf olunacaq. Nəticədə İspaniyanın əsas liqasında daha bərabər səviyyəli rəqiblər yaranacaq”.
Vəsait cəlb etmək üçün digər mənbə qismində Rossel ABŞ, Çin və Yaponiya klubları ilə əməkdaşlığın vacibliyini vurğulayıb. Klub prezidentinin fikrincə, bu ölkələrdə futbola maraq görünməmiş dərəcədə artır və “Barselona” markasına tələbat böyükdür.

Oxşar yazılar

Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46