Azarkeş polisin qorxusundan bananını yedi
Rusiyanın I divizionunda “Sibir” və “Yenisey” komandaları arasında keçirilmiş oyundan öncə futbol azarkeşi özü ilə gətirdiyi bananı yeməli olub. Lent.az-ın məlumatına görə, fanat polisin ondan bananı stadiona hansı məqsədlə gətirdiyini soruşduqdan sonra belə edib.
“Yenisey”i dəstəkləməyə gələn həmin şəxs deyib ki, bananı yemək məqsədilə gətirib və onu polisin gözü qarşısında yeyib. Fanatı qonaq sektoruna buraxıblar. O, oyuna həmin sektordan tamaşa edib. Görüş “Yenisey”in qələbəsi ilə yekunlaşıb – 1:0.
Qeyd edək ki, iyunun 22-də Rusiya Premyer Liqasının “Krılya Sovetov” – “Anji” matçı zamanı bananla bağlı irqçi xarakterli insident baş verib. Naməlum şəxs bananı “Anji”nin kapitanı Roberto Karlosa atıb. Bundan təsirlənən braziliyalı müdafiəçi meydançanı tərk edib. Bananı atan hələ də tapılmayıb. Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi isə “Krılya Sovetov”u 300 min rubl cərimələyib.

532