“Trabzonspor”un prezidenti azad edildi
Lent.az-ın məlumatına görə, Şener məhkəməyə 200 min lirə girov qarşılığında azad olunması tələbi ilə cəlb edilib.
O, Ağır Cəza Məhkəməsində sorğu-sual edildikdən sonra buraxılıb. Məhkəmə girovu götürsə də, klub prezidentinin Türkiyədən kənara çıxmasına qadağa qoyub. Şener dindirilmə zamanı özünə qarşı ittihamları qəbul etməyib. Qeyd edək ki, xüsusi səlahiyyətlərə malik İstanbul Dövlət İttihamçısı Mehmet Bərk “Trabzonspor”u “Ankaragücü”nü maddi şirnikləndirmədə şübhəli bilir. Guya ki, ötən mövsüm Superliqada keçirilən “Ankaragücü” – “Fənərbağça” matçından öncə “Trabzonspor” rəhbərliyi “Ankaragücü”nə qələbə qarşılığında bu komandanın heyətində icarə əsasında çıxış edən oyunçusu Draqo Qabriçi transfer haqları ilə bərabər verməyi təklif edib. Şener isə belə bir stimullaşdırıcı təklif etmədiyini deyib. O, futbol ictimaiyyəti arasında bəzi oyunların danışılmış olmasına dair söz-söhbətlər eşitdiyini, amma özünün səlis bilgisinin olmadığını vurğulayıb. Ümumiyyətlə, “Trabzonspor”un prezidenti 23 səhifəlik ifadə verib.
Özgener isə prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb.

555