Amerika Kuboku: ¼ finalçılardan 6-sı müəyyənləşdi
Lent.az-ın məlumatına görə, Uruqvay C qrupunun son tur matçında Meksikanı yenib – 1:0.
Yeganə topu 15-ci dəqiqədə Alvaro Pereyra vurub. Gecənin digər matçında Çili Perunu eyni hesabla məğlub edib. 90-cı dəqiqədə perulu Andre Karrilyo topu öz qapısına göndərib. Çili 7 xalla qrup lideri olub. İkinci yeri 5 xal yığan Uruqvay tutub. 4 xala malik Peru 3-cü, Meksika heç bir xal toplamadan sonuncu olub. Çili, Uruqvay və Peru ¼ finala çıxıb.
A qrupundan növbəti mərhələyə Kolumbiya və Argentina, B qrupundan Venesuela yüksəlib. İyulun 14-ə keçən gecə qrup mərhələsinin son oyunları keçiriləcək. B qrupunda yer alan Paraqvay Venesuela ilə, Braziliya isə Ekvadorla qarşılaşacaq. Hazırda Paraqvay və Braziliyanın hərəyə 2, Ekvadorun 1 xalı var. ¼ finala B qrupundan 2 ən yaxşı komanda, eləcə də A qrupunun üçüncüsü Kosta-Rika və ya B qrupunda 3-cü yeri tutacaq yığma çıxacaq. Bu, onların göstəricilərindən asılı olacaq.

552